Rusiya Taliban hökumətini Moskva toplantısına dəvət edib

Rusiya Taliban hökumətini cari ayın 20-də Moskvada keçiriləcək toplantıya dəvət edib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2021, 17:40

Rusiya Taliban hökumətini cari ayın 20-də Moskvada keçiriləcək toplantıya dəvət edib.

 

İnterAz Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov deyib.

 

Bugün Moskvada çıxışı zamanı Lavrov Taliban hökumətini cari ayın 20-də keçirilən beynəlxalq toplantıya dəvət edib.

 

Qeyd edək ki, bu toplantı Əfqanıstanla bağlı keçirilir və ora Pakistan, ABŞ və Çin də qatılacaq.

 

Dünya ictimaiyyəti və region dövlətləri Taliban hakimiyyətindən Əfqanıstanda əhatəli hökumətin qurulmasını tələb edirlər.

 

sss