Rusiya və ABŞ Donbassla bağlı məsləhətləşmələri bərpa etmək barədə razılıq əldə edib

Minsk razılaşmalarının nizamlanma üçün yeganə həll yol olduğu təsdiq edildi...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2021, 17:16

Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak bildirib ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla apardığı danışıqlar zamanı, Ukraynanın cənub-şərqində nizamlanma mövzusunda Moskva ilə Vaşinqton arasında məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə edilib.

 

İnterAz xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

 

"Ukraynanın cənub-şərqindəki münaqişənin həlli ilə bağlı hərtərəfli və konstruktiv dialoq aparıldı. Minsk razılaşmalarının nizamlanma üçün yeganə həll yol olduğu təsdiq edildi", Kozak jurnalistlərə bildirib.

 

sss