Çavuşoğlu: Rusiya və ABŞ Suriya ilə bağlı öhdəliklərini yerinə yetirmir

Rusiya və ABŞ Suriya ilə bağlı öhdəliklərinə əməl etmir, Türkiyə Suriya ərazisindən qaynaqlanan terror təhlükəsi ilə mübarizə üçün addımlar atmalı olacaq...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2021, 16:20

Rusiya və ABŞ Suriya ilə bağlı öhdəliklərinə əməl etmir, Türkiyə Suriya ərazisindən qaynaqlanan terror təhlükəsi ilə mübarizə üçün addımlar atmalı olacaq.

 

İnterAz-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlayıb.

 

"Rusiya Federasiyası və ABŞ-ın Suriya ilə bağlı öhdəliklərini yerinə yetirməməsi fonunda Türkiyə Suriya ərazisindən gələn təhdidləri aradan qaldırmaq üçün müvafiq addımları atacaq", - Çavuşoğlu bildirib.

 

Nazir, Türkiyədə terrorçu təşkilat olaraq tanınan PKK və bu təşkilata yaxınlığı ilə bilinən YPG-dən söhbət getdiyini bildirib.

 

 

sss