Rusiyada koronavirusdan ölüm sayında yeni anti-rekord qeydə alınıb

... Rusiyada koronavirusdan ölənlərin sayı 984 artaraq 219 329-a çatıb

Bakı , Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2021, 14:23

 Rusiyada koronavirusdan ölənlərin sayı 984 artaraq 219 329-a çatıb.

 

İnterAz-ın TASS -a istinadən verdiyi xəbərə görə, bu barədə xəstəliklərlə mübarizə üzrə federal əməliyyat qərargahı məlumat yayıb.

 

Bu pandemiyanın başlanğıcından bəri ən yüksək göstərici sayılır.

 

Rusiyada koronavirusa yoluxma hallarının sayı son sutkada 28.717 artaraq 7.861.681-ə çatıb.

 

Qərargahdan verilən məlumata görə, Rusiyada koronavirusdan müalicə alaraq sağalanların sayı son sutkada 21 801 nəfər artaraq 6 916 086 -ya çatıb.

sss