İran və Pakistanın ordu başçıları hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi Pakistana səfəri çərçivəsində bu ölkə ordusunun komandanı ilə görüşərək qarşılıqlı əlaqələri və əməkdaşlıq məsələlərini müzakirə edib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2021, 13:48

İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi Pakistana səfəri çərçivəsində bu ölkə ordusunun komandanı ilə görüşərək qarşılıqlı əlaqələri və əməkdaşlıq məsələlərini müzakirə edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İranın Silahlı Qüvvələrinin Baş qərargah rəisi Məhəmməd Baqiri Pakistana səfəri çərçivəsində bu ölkə ordusunun komandanı general Qəmər Cavidlə görüşərək qarşılıqlı əlaqələri və əməkdaşlıq məsələlərini müzakirə edib.

 

Məlumata görə, İranlı general Məhəmməd Baqirinin rəhbərlik etdiyi nümayəndə heyəti Ravalpindi şəhərində Pakistan tərəfi ilə əməkdaşlıq məsələlərini və Əfqanıstan kimi bir sıra region məsələlərini müzakirə ediblər.

 

Tərəflər iki ölkə sərhədindəki vəziyyəti, bölgədə terrorla mübarizə, birgə hərbi təlimlər və hərbi təlim sahəsində kadrların mübadiləsi və sair əlaqəli məsələlər barədə fikir mübadiləsi aparıblar.

sss