ABŞ və Avropa İraqda keçirilən parlament seçkilərinin nəticələrinə münasibət bildiriblər

ABŞ İraqda seçkilərin dinc şəkildə keçirilməsinə görə rəsmi Bağdadı təbrik edib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2021, 11:59

 ABŞ İraqda seçkilərin dinc şəkildə keçirilməsinə görə rəsmi Bağdadı təbrik edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki deyib.

 

O İraqda növbədən kənar parlament seçkilərinin dinc şəkildə keçirildiyini və hökumətin seçkilərlə bağlı verdiyi vədləri yerinə yetirdiyini deyib və buna görə rəsmi Bağdadı və bu ölkə xalqını təbrik edib.

 

Sumariya agentliyinə görə, Avropa Birliyinin İraq seçkilərinə nəzarət edən nümayəndələri bu seçkilərin təbii axarında getdiyini bildiriblər və onu ölkədə demokratiyanın icrası üçün müsbət addım kimi qiymətləndiriblər.

 

Qeyd edək ki, İraqda ilkin nəticələrə görə Mütəda Sədrin rəhbərlik etdiyi fraksiya parlamentin 74 kürsüsünü əldə edib. İrana yaxın olduğu deyilən “Fəth” siyasi cinahı seçkilərin kütləvi şəkildə saxtalaşdırıldığını iddia edib.

 

sss