Filippində qasırğa nəticəsində 13 nəfər həlak olub

...daha doqquz nəfərin itkin düşdüyü deyilir

Bakı , Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2021, 11:47

Filippinin şimalında tüğyan etmiş "Kompasu" tropik qasırğası nəticəsində 13 nəfər həlak olub.

 

İnterAz-ın məlumatına görə, daha doqquz nəfərin itkin düşdüyü deyilir.

 

Qeyd olunur ki, təbii fəlakət ölkənin ən böyük adası olan Lusonda daşqın və sürüşmələrə səbəb olub. Daşqın bölgəsindən 2 mindən çox sakin təxliyə olunub.

 

Qasırğanın bölgəyə vurduğu ziyanın həcmi 10 milyon dollar məbləğində qiymətləndirilir.

 

Oktyabrın 11-də Sakit okean üzərində formalaşmış "Kompasu" qasırğası Asiyada bu mövsüm sayca 18-ci qasırğa olub.

sss