İsrail baş naziri sabah Soçidə Putinlə görüşəcək

İsrailin baş naziri Naftalı Bennet sabah Soçidə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşəcək...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2021, 11:35

İsrailin baş naziri Naftalı Bennet sabah Soçidə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşəcək.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Naftalı Bennet bu səfərdə əsasən İranın nüvə proqramını Rusiya dövlət başçısı ilə müzakirə edəcək.

 

Qeyd edək ki, eyni zamanda İsrailin baş naziri Yair Lapid də ABŞ-a gedib. O da ABŞ-da əsasən İranın nüvə proqramını müzakirə edəcək.

 

Qeyd edək ki, İsrail İranla imzalanan nüvə sazişinin əleyhinə çıxış edən əsas ölkədir. Yaxın günlərdə İranla 4+1 dövlətlərinin nüvə sazişinin bərpası ilə bağlı danışıqlarının başlayacağı gözlənilir.

sss