Tramp ABŞ-ın gülüş obyektinə çevrildiyini bildirib

ABŞ demokratların hakimiyyətə gəlməsindən sonra dünya ictimaiyyəti üçün gülüş obyektinə çevrilib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2021, 11:25

ABŞ demokratların hakimiyyətə gəlməsindən sonra dünya ictimaiyyəti üçün gülüş obyektinə çevrilib.

 

İnterAz-ın məlumatına görə, bunu keçmiş ABŞ Prezidenti Donald Tramp deyib.

 

D.Tramp bildirib: "Bizim ölkəmiz bütün dünyada gülüş obyektidir və artıq möhtəşəm bir ölkə deyil".

 

Keçmiş prezident həmçinin tərəfdarları ilə birlikdə "Amerikanı yenidən möhtəşəm edəcəyinə" söz verdi.

 

D.Tramp ABŞ-ın əsas problemləri kimi cənub sərhədindəki miqrantlarla bağlı vəziyyəti, ölkənin hərbi gücünün azalmasını və koronavirusa yoluxma hallarının yüksək olduğunu vurğulayıb.

sss