Paşinyan Putinlə görüşün çox məhsuldar keçdiyini açıqlayıb

...Həm ikitərəfli gündəmi, həm də bölgədəki vəziyyəti müzakirə etdik

Bakı , Gülnarә Quliyeva, İnteraz - 13 Oktyabr 2021, 11:13

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə Moskvada baş tutan görüşün səmərəli keçdiyini bildirib. 

 

İnterAz bu barədə TASS-a istinadən xəbər verir.

 

"Bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm. Görüş çox məhsuldar keçdi. Həm ikitərəfli gündəmi, həm də bölgədəki vəziyyəti müzakirə etdik. Əldə olunan razılaşmaları həyata keçirmək üçün təmaslarımızı davam etdirəcəyik", - o Twitter-də yazıb.

 

sss