İmran Xan: Hindistan Kəşmirə qarşı cinayətlərində İsrailin yolu ilə gedir

Hindistan İsraillə hərbi strateji əməkdaşlıqdan yararlanır...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2021, 09:39

“Hindistan Kəşmiri demografik dəyişimə məruz qoymasına görə beynəlxalq ictimaiyyət qarşısında sanki bir toxunulmazlığa sahibdir. Bu, eynilə İsrailin işğal olunmuş Fələstin ərazilərində etdiyi cinayətlər müqabilindəki toxunulmazlığı kimidir.”

 

İnterAz xəbər verir ki, bunu Pakistanın baş naziri İmran Xan Middle East portalına müsahibəsində deyib. 

 

O bildirib ki, Hindistan İsrailin yolunu gedərək, 1947 ci ildən bəri Pakistan və Hindistan arasında münaqişəli torpaqların vətəndaşları tərəfindən zəbt edilməsinə icazə verir. 

 

İmran Xan Kəşmiri açıq bir həbsxanaya bənzədərək əlavə edib ki, Hindistan Cenevrə konvensiyasını ayaq altına qoyaraq konistitusiyasını dəyişdi və Kəşmirin muxtariyyətinə son qoydu. Bu ölkə beynəlxalq arenada təzyiqlə üzləşmədi, çünki, qərbli müttəfiqləri onu Çinin qarşısında bir səngər kimi görürlər. 

 

 “Hindistan İsraillə hərbi strateji əməkdaşlıqdan yararlanır. 2017 ci ilin iyulunda Modi (Narendra Modi, Hindistanın baş naziri) İsrailə, sonraki il isə Benyamin Netanyahu Hindistana səfər etdi. 

 

İsrail güclü bir təhlükəsizlik orqanı qurub, hər şeyi əzir. Onlar adamlarını göndərir, istədiklərini öldürür, terror edirlər, amma tam toxunulmazdırlar. BMT nə desə də, onlar Təhlükəsizlik Şurasında ABŞ-ın veto hüququna arxayındırlar. Düşünürəm ki, Hinsistan da özünü toxunulmaz hesab edir, çünki onlardan Çinə qarşı səngər kimi istifadə olunur” deyə Pakistan İslam Respublikasının baş naziri əlavə edib.

sss