Rusiya Dövlət Dumasına seçkilərin yekun nəticələri açıqlanıb

...Rusiyada “Vahid Rusiya” partiyası Dövlət Dumasına keçirilən seçkilərdə 49,82 faiz səslə qalib gəlib

Bakı , Gülnarә Quliyeva, İnteraz - 21 Sentyabr 2021, 08:59

Rusiyada “Vahid Rusiya” partiyası Dövlət Dumasına keçirilən seçkilərdə 49,82 faiz səslə qalib gəlib.

 

İnterAz “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə MSK protokolların 100 faizinin sayılmasından sonra məlumat yayıb.

 

Nəticələrə əsasən, “Vahid Rusiya” Dövlət Dumasına seçkilərdə 49,82 faizlə lider olub, Rusiya Federasiyası Kommunist Partiyası - 18,93 faizlə ikinci, Liberal Demokrat Partiyası - 7,55 faizlə üçüncü yerdə qərarlaşıb.

 

Beş lider arasında “Həqiqət naminə Ədalətli Rusiya” və “Yeni insanlar” partiyaları da var – müvafiq olaraq 7,46% və 5,32%.

 

Beləliklə, beş partiya 5 faizlik seçki həddini aşaraq Dövlət Dumasına daxil olub.

sss