Rusiyada naməlum şəxs universitetdə atəş açıb, ölənlər və yaralılar var

...Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölənlərin olduğu barədə məlumat yayıb

Bakı , Gülnarә Quliyeva, İnteraz - 20 Sentyabr 2021, 11:36

Rusiyada universitetdə atışmada ölənlərin sayı artıb.

 

İnterAz-ın TASS-a istinadən verdiyi məlumata görə, Perm Dövlət Milli Araşdırma Universitetində atışmada ölənlərin sayə 8-ə yüksəlib, bir neçə nəfər yaralanıb.

 

***12:00

 

Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, ölənlərin sayı 5-ə çatıb.

 

Hücum nəticəsində 14 nəfər yaralanıb.

 

***11:34

 

Perm Dövlət Universitetində naməlum şəxs travmatik silahdan atəş açıb.

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölənlərin olduğu barədə məlumat yayıb.

 

Rusiya Səhiyyə Nazirliyindən isə bildirilib ki, hadisə nəticəsində 10-dan çox şəxs yaralanıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

sss