Josep Borrel: Əfqanıstanda baş verən hadisələr Avropa Birliyinin zəifliyini göstərdi

Əfqanıstanda baş verən son hadisələr Avropa Birliyinin zəifliyini bir daha nümayiş etdirdi...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2021, 17:03

Əfqanıstanda baş verən son hadisələr Avropa Birliyinin zəifliyini bir daha nümayiş etdirdi.

 

İnterAz-ın RİA Novosti-yə istinadə verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

 

"Əlbəttə ki, bu, zəifliyimizi bir daha göstərən kəskin bir oyanışa bənzəyir. AB-nin Əfqanıstandakı rolu və son 20 ildə baş verə biləcək səhvlərin qiymətləndirilməsinə dair hesabata ehtiyac var. Xüsusilə, ölkəsini talibanlardan qoruya bilməyən Əfqanıstan ordusunun məğlubiyyətinin səbəblərini müəyyən etmək lazımdır", Borrel Fransanın "Monde" qəzetinə verdiyi müsahibədə bildirib.

 

Onun sözlərinə görə, AB bölgə ölkələri ilə əməkdaşlığı genişləndirməyə, həmçinin Kabildə mövcudluğunu qorumağa çalışır. Eyni zamanda AB onunla əməkdaşlıq edən bütün əfqanıstanlıları qorumaq niyyətindədir.

sss