Husilər Səudiyyə Ərəbistanın bir PUA-sını vurduqlarını bildiriblər

Husilər Səudiyyə Ərəbistanın hərbi koalisiyasının bir ədəd PUA-sını vuraraq yerə saldıqlarını bildiriblər...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2021, 16:43

Husilər Səudiyyə Ərəbistanın hərbi koalisiyasının bir ədəd PUA-sını vuraraq yerə saldıqlarını bildiriblər.

 

İnterAz xəbər verir ki, bunu mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri rəsmi tvitter səhifəsində yazıb.

 

Bildirilib ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyasının Çin istehsalı olan “WING LOONG 2” PUA-sı vurularaq yerə salınıb.

 

Əlavə edilib ki, “Səudiyyə Ərəbistanın ölkə ərazisinə təcavüz edən PUA-sı Səda əyalətinin Kəttaf rayonunda münasib havadan müdafiə silahı ilə vurulub.”

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyası 2015-ci ilin mart ayından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.

sss