Dünyada 225 milyondan çox insan koronavirusa yoluxub

Dünyada koronavirusa yoluxanların sayı 225 271 931 nəfərdir...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2021, 15:32

Dünyada koronavirusa yoluxanların sayı 225 271 931 nəfərdir.

 

İnterAz-ın İnterfaks-a istinadən verdiyi xəbərə görə, bu barədə Amerikanın Con Hopkins Universiteti məlumat yayıb.

 

Virus yayılmağa başlayandan COVID-19-un yaratdığı fəsadlardan ölənlərin sayı 4.639.667-ə çatıb.

 

ABŞ, Hindistan və Braziliyada koronavirusa yoluxanların sayı 20 milyondan çoxdur.

 

ABŞ yoluxma və ölənlərin sayına görə dünyada ilk sıradadır. Bu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 41,221,272, ölənlərin sayı 662,131-ə yüksəlib.

sss