Vladimir Putin Tacikistana səfərini təxirə salıb

Rusiya Prezidenti Vladimir Putinlə Taciksitanın dövlət başçısı Emoməli Rahmon arasında telefon danışığı olub...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2021, 15:03

Rusiya Prezidenti Vladimir Putinlə Taciksitanın dövlət başçısı Emoməli Rahmon arasında telefon danışığı olub.

 

İnterAz xəbər verir ki, məlumatı “Sputnik Tadjikistan” yayıb.

 

V.Putin telefon danışığı zamanı Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Düşənbədə keçiriləcək Zirvə toplantılarına qatılmayacağını bildirib.

 

O əlavə edib ki, tədbirə videoformatda qoşulacaq.

 

Qeyd edək ki, V.Putin tacikistanlı həmkarının dəvəti ilə sentyabrın 15-də Düşənbəyə səfər edəcəkdi.

sss