ABŞ-da konqresmen Dövlət Departamentinin rəhbərini istefaya çağırıb

...Qüvvələrin geri çəkilmə müddətinə uyğun hərəkət etməməli idiniz

Bakı , Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2021, 14:54

ABŞ Respublikaçı konqresmen Li Zeldin ABŞ dövlət katibi Entoni Blinkenin istefa verməsini tələb edib. Onun sözlərinə görə, ABŞ-ın Əfqanıstandakı missiyası uğursuz olduğu üçün Dövlət Departamentinin rəhbəri vəzifəsini tərk etmək məcburiyyətindədir.

 

İnterAz-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, konqresmen qoşunların bu ölkədən çıxarılmasını böyük səhv adlandırıb.

 

"Qüvvələrin geri çəkilmə müddətinə uyğun hərəkət etməməli idiniz (yəni 31 avqusta qədər tərk etmək). Bunun əvəzində, Talibana bütün amerikalıları evlərinə gətirdikdən sonra Əfqanıstanı tərk edəcəyimizi söyləməli idiniz", deyə konqresmen bildirib.

 

Zeldinin sözlərinə görə, ABŞ prezident administrasiyası bir sıra səhvlərə yol verdi. Bunlardan biri  Baqram hava bazasını tərk etmək və Qərb qüvvələri təxliyə həyata keçirərkən Kabul hava limanında təhlükəsizliyin təmin edilməsi ilə bağlı Talibanla danışıqlar aparılması idi.

 

sss