Türkmənistan Talibanın təşkil etdiyi hökumətlə əməkdaşlığa hazır olduğunu bildirib

...bu barədə Taliban hərəkatı öz rəsmi tvitter səhifəsində məlumat verib

Bakı , Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2021, 14:00

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov Talibanın yeni təşkil etdiyi hökumətin baş nazirinin müavini Əbdüssəlam Hənəfi ilə toplantı keçirib və ölkəsinin yeni hökumətlə əməkdaşlığa hazır olduğunu bildirib.

 

İnterAz xəbər verir ki, bu barədə Taliban hərəkatı öz rəsmi tvitter səhifəsində məlumat verib.

 

Bildirilib ki, ötən gün videokonfrans formatında baş tutan toplantıda Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov Talibanın yeni təşkil etdiyi hökumətin baş nazirinin müavini Əbdüssəlam Hənəfi ilə danışıqlar aparıb və ölkəsinin yeni hökumətlə əməkdaşlığa hazır olduğunu bildirib.

 

Toplantıda qarşılıqlı əlaqələr, Əfqanıstanda elktrik enerjisi və dəmir yolu zəminində infrastrukturanın vəziyyəti və Türkmənistanın bu istiqamətdə əməkdaşlığı haqda müzakirələr aparılıb.

 

Taliban hərəkatının rəsmi tvitter səhifəsi Türkmənistan XİN rəhbərinin sözlərini belə nəql edib:

 

"Əfqanıstanın yeni hökuməti ilə işləmək istəyirik ... Əfqanıstanda iqtisadi layihələrimizi davam etdirəcəyik və genişləndirəcəyik, məsələn; Enerji layihələri və Andxoyda dəmir yolu layihəsinin tamamlanması."

 

sss