Taliban sabiq vitse-prezidentin evindən altı milyon dolların çıxdığını iddia edib

Taliban hərəkatı sabiq vitse-prezident Əmrulla Salehin evindən altı milyon dolların aşkarlandığını bildirib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2021, 13:22

Taliban hərəkatı sabiq vitse-prezident Əmrulla Salehin evindən altı milyon dolların aşkarlandığını bildirib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə Taliban mənbələri video yayımlayıblar.

 

Bildirilib ki, sabiq vitse-prezident Əmrulla Salehin Kabildəki evində aparılan axtarışlar zamanı burada altı milyon dollar civarında dəyərləndirilən nəğd pul və qızıl-zinət əşyaları aşkarlanıb.

 

Qeyd edək ki, milliyyətcə tacik olan Əmrulla Saleh və Əhməd Məsud hazırda Pəncşirdə Talibana qarşı döyüşən Milli Müqavimət Cəbhəsinə rəhbərlik edirlər.

 

Əmrulla Saleh bundan öncə özünü ölkədə qalan ən yüksək çinli legitim rəsmi şəxs olduğunu bildirmişdi.

 

sss