İranda güclü zəlzələ baş verib

...İranda 5,1 bal gücündə zəlzələ baş verib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 13 Sentyabr 2021, 09:20

Sentyabrın 13-də İranın şimal-şərqində yerləşən Razavi Xorasan əyalətində 5,2 bal gücündə zəlzələ olub.

 

İnterAz “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.

 

Zəlzələnin episentri Goçan şəhərində yerləşib. Yeraltı təkanlar 6 km dərinlikdə baş verib. Bölgəyə xilasetmə qüvvələri cəlb edilib.

 

Təbii fəlakət nəticəsində ölən, yaralanan və dağıntılar barədə hələlik məlumat yayılmayıb.

sss