Rusiya fövqəladə hallar nazirinin ölümünün təfərrüatları məlum olub

...Rusiyanın fövqəladə hallar naziri kinorejissoru xilas etmək istəyərkən həlak olub

Bakı , Gülnarә Quliyeva, İnteraz - 08 Sentyabr 2021, 19:36

Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) nazir, ordu generalı Yevgeni Ziniçevin ölümü ilə bağlı təfərrüatları açıqlayıb.

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiyanın fövqəladə hallar naziri Norilskdə tanınmış kinorejissor Aleksandr Melnikin həyatını xilas etməyə cəhd edərkən həlak olub.

 

Belə ki, sənədli film çəkilişləri üçün Norilskə gələn A.Melnikin ayağı sürüşüb və o, suya yıxılıb.

 

Bu zaman nazir onun həyatını xilas etmək üçün suya atılıb, lakin daşa çarpılıb.

 

Nəticədə həm Y.Ziniçev, həm də rejissor A.Melnik həlak olublar.

sss