Rusiyanın fövqəladə hallar naziri təlim zamanı həlak olub

Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev vəfat edib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 08 Sentyabr 2021, 13:53

Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev vəfat edib.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

 

Bildirilib ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb.

 

O, idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

 

Qeyd edək ki, 55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.

sss