Tramp koronavirus məhdudiyyətlərinin sərtləşməsinə qarşıdır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, uşaqları da əhatə edəcək koronavirus məhdudiyyətlərinin sərtləşdirilməsinə münasibət bildirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 28 Iyul 2021, 16:28

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, uşaqları da əhatə edəcək koronavirus məhdudiyyətlərinin sərtləşdirilməsinə münasibət bildirib.

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə onun açıqlamasında deyilir.

 

"Co Bayden (ABŞ -ın hazırkı prezidenti) və rəhbərliyi keçən ildəkindən heç bir dərs çıxarmadı.  Cəsarətli amerikalılar təhlükəsiz və məsuliyyətli şəkildə yaşamağı və [virusun yayılması ilə]  mübarizə aparmağı öyrəndilər. Biz əks istiqamətdə hərəkət etməyəcəyik. Uşaqlarımıza maska ​​taxmayacağıq", Tramp bildirib.

 

O, ölkə sakinlərini "təslim olmamağa" çağırıb. Həmçinin Tramp mövcud Amerika administrasiyasının elm adamlarına etibar etmədiyini vurğulayıb.

sss