Putin: Müsəlman ölkələr böhranlarla mübarizədə Rusiyanın dəstəyinə güvənə bilərlər

Rusiya prezidenti Vladimir Putin bildirib ki, müsəlman ölkələri regional böhranların aradan qaldırılmasında və terrorizmlə mübarizədə Rusiyanın köməyinə arxalana bilər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 28 Iyul 2021, 14:51

 Rusiya prezidenti Vladimir Putin bildirib ki, müsəlman ölkələri regional böhranların aradan qaldırılmasında və terrorizmlə mübarizədə Rusiyanın köməyinə arxalana bilər.

 

İnterAz bu barədə Kommersant-a istinadən xəbər verir.

 

"Vurğulamaq istərdim ki, tərəfdaşlarımız regional böhranların və kəskin sosial problemlərin öhdəsindən gəlməkdə, terrorizmin və ekstremizmin bütün təzahürlərinə qarşı mübarizədə Rusiya Federasiyasının dəstəyinə və köməyinə tam arxalana bilərlər", - Putinin  "Rusiya - İslam dünyası" XII Beynəlxalq iqtisadi sammit iştirakçılarına göndərdiyi teleqramında deyilir.

 

Sənəddə, Rusiya ilə müsəlman ölkələri arasındakı münasibətlərin "ənənəvi olaraq dostluq və konstruktiv xarakter daşıdığı" qeyd olunur.

 

sss