Taliban Türkiyəyə müraciət edib

Taliban, digər NATO ölkələri kimi Türkiyəni də Əfqanıstandan qoşunlarını geri çəkməyə çağırıb...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 13 Iyul 2021, 12:37

Taliban, digər NATO ölkələri kimi Türkiyəni də Əfqanıstandan qoşunlarını geri çəkməyə çağırıb.

 

İnterAz-ın MehrNews-a istinadən verdiyi xəbərə görə, bunu Taliban sözçüsü Süheyl Şahin açıqlayıb.

 

Onun sözlərinə görə, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvü olaraq, ABŞ ilə 29 fevral 2020-ci ildə imzalanan  müqaviləyə əsasən qoşunlarını Əfqanıstandan çıxarmalıdır.

 

"Türkiyə böyük müsəlman ölkəsidir və Əfqanıstanın onunla tarixi əlaqələri var, ümid edirik ki, gələcəkdə ölkəmizdə yeni İslam hökuməti qurulduqdan sonra onunla güclü və müsbət əlaqələr quracağıq", Süheyl Şahin bildirib.

sss