• 17:24

Şəhid atası: “Oğlum arzulayırdı ki, Laçını görsün”

13 Oktyabr 2021, 16:02

Yay fəslin də gəlmişdi dünyaya. 1991-ci ilin iyul ayının 14-də Tərtər rayonun Ələsgərli kəndində. Ömrünün baharında, fəsillərin qışında köçdü dünyadan. SöhbətGizir Ruslan Şahbazovdan gedir. Azərbaycanın qəhrəman övladlarından olan  Ruslan Şahbazov orta məkətəbidə elə Tərtərin Ələsgərli kəndində bitirib. 2009- cu ildə hərbi xidmətə yollanıb. 2011-ci ildə hərbi xidmətini başa vuraraq evə qayıdır. Ancaq onun vətənə olan sevgisi onu yenidən hərbiyə qaytarır. Ruslan 2014-cu ildən müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayır.Daha sonra 2018-ci ildə gizirlik kursun keçərək gizir rütbəsin alır.44 günlük vətən müharibəsi başlayanda Ruslan Şahbazov Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşur, düşmənin 5 tankın və çoxlu sayda canlı qüvvəsini məhv edir. Ruslanın son döyüşü də elə Talış yüksəkliyində olub. 

 

 Ruslan şəhid olmamışdan bir neçə saat öncə anası ilə danışıb. Və onu arxayın edib. 

 

 Şəhidimizin atası Mahir Şahbazov əslən Laçın rayonundandı. Vətən müharibəsi başlayanda oğluna deyir ki, sağsalamat qayıt gəl Laçında alınsın sənə qurban kəsəcəm Laçınada aparıb bayrağımızı asarıq.

 

 Vətən uğrunda canın fəda edərək uca zirvəyə, şəhidlik zirvəsinə ucalan Ruslan Şahbazovun ailəsi oğulları ilə fəxr edirlər.

 

 Qeyd edək ki, Ruslan Şahbazov 2016 cı ilin aprel döyüşlərində Talış istiqamətində döyüşüb düşmənin 2 tankını və çoxlu sayda canlı qüvvəsini məhv edib. Və döyüşdə göstərdiyi naliyyətlərə görə hərbi xidmətlərə görə medalı ilə təltif olunub. 44 günlük vətən müharibəsində döyüşdə göstərdiyi qəhrəmanılığa görə Azərbaycan bayrağı ordeni və vətən uğrunda medalı ilə təltif olunub.