• 16:16

Yevlaxda yoldan çıxan avtomobil dərəyə aşıb, ölən var

13 Oktyabr 2021, 12:35

Yevlaxda yoldan çıxan minik maşını dərəyə yuvarlanıb.

 

Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ağır qəza rayonun Varvara kəndində baş verib. Hacıselli kəndindən Varavaraya doğru hərəkətdə olarkən sürücü sükana hakimiyyəti itirib, avtomobil əvvəlcə yol kənarında beton dirəklərə çırpılıb, ardından isə dərəyə aşıb. Zərbənin gücündən minik maşını deformasiyaya uğrayıb. Avtoqəza nəticəsində 20 yaşlı Cəfər Səfərov dünyasını dəyişib,onu xəstəxanaya çatdırmaq mümkün olmayıb. Digər 3 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.