• 16:38

Cəlilabadda şəhid Orxan Paşazadənin xatirəsi anılıb

13 Oktyabr 2021, 12:25

Şəhid Orxan Paşazadə 1996 -ci il tarixində Cəlilabad rayonunun Cəfərxanlı kəndində anadan olub.  Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Orxan Paşazadə  2020-ci ilin 05 mart tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejiminin kobud surətdə pozulması zamanı Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində yaralanıb, O, dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

Orxan hələ orta məktəb illərində öz yaşıdları arasında zəkası, səlis nitqi, sosial aktivliyi və ən əsası isə vətənpərvərliyi ilə seçilib. Şəhidimiz bir sıra idman növləri ilə də məşğul olurmuş.

 

Şəhidimizin doğum günü münasibətilə yaşadığı evdə anım mərasimi keçirilib

 

Anım mərasimində Vətən Müharibəsi şəhidlərinin valideynləri, ziyalılar, müəllimlər, şəhidin döyüş yoldaşları və yerli sakinlər iştirak edib

 

İndi Cəlilabad camaatı Orxanın keçdiyi şərəfli ömür yoluna əsl qəhrəmanlıq məktəbi kimi baxırlar. Onunla qürur duyur, belə bir ömür yaşamağı müqəddəslik sayırlar.  Qeyd edək ki, Orxan Paşazadə Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli  medalı ilə təltif edilib