• 16:24

Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Mirsəfa Mirəşrəfbəyli

12 Oktyabr 2021, 14:21

1994-cü il 27 iyulda Cəlilabad rayonu Badamağaçı kəndində anadan olan Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu Mirsəfa Mirəşrəfbəylinin anıım günü qeyd edilib. Anım günüdə rayon icra başçısı Rafiq Cəlilov başda olmaqla yerli hakimiyyət nümayəndələri, müharibə iştirakçıları və kənd sakinləri iştirak ediblər. Şəhidin adına inşa edilən bulaqdan su içilməklə başlanan anım Mirsəfanın boya-başa çatdığı evdə xatırlanması və məzarının ziyarət edilməsi ilə davam edib.

 

Fizuli istiqamətində ermənilərin çox güvəndiyi istehkamların darmadağın edılməsində Mirsəfanın xüsusi xidmətləri olub. Bundan əvvəl isə onun şərəfli  döyüş yoluna Cəbraıl, Kəlbəcər, Xocavənd istiqamətlərində göstərdiyi qəhrəmanlıqlar yazılmışdı.

 

Qeyd edək Mirsəfa Mirəşrəfbəyli Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Cəbrayılın, Xocavəndin, Fizulinin, Kəlbəcərin adad edilməsinə görə medlları ilə yanaşı "Vətən uğrunda" medalı ilə təltif edilib.