• 16:26

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

12 Oktyabr 2021, 11:58

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.Beləki, sürücü Kəlbəcər rayon sakini 27 yaşlı Elçin Xıdırov idarə etdiyi avtomaşınla Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Ağsu rayon Kəndoba kənd sakini 53 yaşlı Səfa İbadovu vurub.Piyada aldığı xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib.Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.