• 17:06

Şəhid Sənan Əhmədovun xatirəsi anılıb

12 Oktyabr 2021, 11:37

Vətən müharibəsi şəhidi Əhmədov Sənan Qalasan oğlu 14 fevral 1988-ci ildə Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. Sənan Əhmədov 1994-cü ildə Bağırlı kənd tam orta məktəbinə daxil olmuş, 2005-ci ildə həmin tam orta məktəbi bitirub.

 

Yüksək savadı, biliyi, dünyagörüşü ilə seçilən ,lakin ixtisas təhsili ala bilməyən Sənanın atasının ən böyük arzusu övladlarını hərbçi görmək idi. Sənan əvvəlcə 2006-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsi kursuna daxil olur. Sonra, 2008-ci ildə bu kursu müvəffəqiyyət- lə başa vuran Sənan Əhmədov N  saylı hərbi hissədə Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsində tank taqımında sürücü-mexanik kimi xidmətə başlayır.2015-ci ildə ailə vəziyyəti ilə bağlı, həm də müqavilə müddətinin başa çatması ilə əlaqədar Ordu sıralarından ehtiyata buraxılır.

2019-cu ildə ordu həyatı onu yenidən özünə cəlb edir. Cəbhədə baş verən hadisələrə biganə qala bilməyən Sənan Əhmədov xidmətini  N saylı hərbi hissədə zirehli tank texnikası sürücü-mexaniki vəzifəsində davam etdirməyə başlayıb. 

 

Sənan Əhmədov Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Alxanlı, Mahmudlu, Xocavənd ,Qaraxanbəyli istiqamətində gedən döyüşlərdə düşmənin onlarla hərbi texnikasının(BT-1, T-72, OQE-1- ) məhv edilməsində və saz vəziyyətdə ələ keçirilib qənimət kimi mövqeyimizə gətirilməsində əhəmiyyətli dərəcədə cəsurluq nümayiş etdirib. Öz qorxmazlığı və cəsarəti ilə adını dillər əzbəri edən Sənan hər zaman gənc nəslə örnək bir hərbçi olacaq. Qəhrəman şəhidimizin anası övladı ilə bağlı xatirələrini dilə gətirib.

 

Sənanın qardaşı mayor Kəyan Əhmədov da Vətən müharibəsi iştirakçısı olub. O bildirir ki, Azərbaycan ordusunun zabiti eyni zamanda şəhid qardaşı olamağı ilə hər zaman fəxr edir.

 

Şəhid Sənanın döyüş yoldaşı da onunla bağlı xatirələrini dilə gətirib.

 

Sənan Əhmədov Evli idi. Qəhrəman şəhidimizin 3 övladı bu vətənə yadigar qalıb.  Eyni zamanda Sənanın döyüşlərdə göstərdiyi xüsusi xidmətlərə görə, Prezident İlham Əliyevin sərəncamına əsasən o ölümündən sonra Vətən uğrunda, Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.