• 16:52

Biləsuvarda şəhidin adını daşıyan bulağın açılışı olub

11 Oktyabr 2021, 15:30

44 günlük Vətən Müharibəsi zamanı qəhrəman oğullarımız öz igidlikləri ilə yadda qaldılar. Onlardan biri Vüqar Sarıyevdi. Şəhidimiz bu işıqlı dünyaya Biləsuvar rayonunun Amankənd kəndində  göz açıb. Vətən uğrunda can borcunu vermiş şəhidin il dönümündə inşa edilmiş bulağın açlışı oldu.Bulağın açlışında Biləsuvar rayon icra hakimiyyətinin başçısı rayon ictimayyətinin nümayəndələri kənd sakinləri şəhid ailələri iştirak ediblər. Vüqar Vətənini, xalqını öz canından artıq sevirdi. İnsan həyatının dəyərin də el-obaya təmənnasız xidmətdə görürdü. Lap kiçik yaşlardan vətənpərvər, qeyrətli böyümüşdü. 18 yaşına çatanda yaşadığı cəmiyyətdə hamı onu xalq üçün çalışan, xeyirxah məqsədlərə can atan Vətəninə bağlı bir gənc kimi tanıyırdı.

 

Vüqar Sarıyev həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-ci ildə müddətdən artıq hərbi xidmətçi kimi Goranboy rayonunda yerləşən N saylı hırbi hissədə bir müddətdən sonra isə Murovdağ yüksəkliyində vətənə xidmət edib.Vətən müharbəsin də elə burdan qatılıb. 

 

Vüqar Sarıyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinin ilk günlərindən bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib. 

 

Vüqar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharbəsində  iştirak edib, Mırovdağ Cəbrayıl Füzuli Laçın Talış kəndi istiqamətində gedən döyüşlərdə vuruşmuş Suqovuşanda  qəhrəmancasına şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra Ali Baş Komandan tərəfindən "Vətən uğrunda"Laçının azad olunmasına görə medalı ilə təltif edilib. 

 

Vüqarın döyüş yolu bir daha xəyali olaraq anıldı. Qeyd edək ki şəhidimiz ailəli olub, bizlərə 2 oğlu 1 qızı yadigar qaldı.