• 17:41

Şəhidin atası: “Sonuncu dəfə onunla danışanda əhvalı cox yüksək idi”

11 Oktyabr 2021, 14:58

30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı azad edən oğullar sırasında onunda adı var. Hələ uşaq yaşlarından doğulub boya başa çatdığı Yevlaxın Aşağı Qarxun kəndinin Birinci Qarabağ müharibəsi şəhidi Xanlar Məmmədovun qisasını alacağına söz vermişdir. Böyüyüb hərbiçi olduqdan sonra istəyinə çatdı,amma özü də həmkəndlisi kimi ən uca zirvəyə şəhidliyə yüksəldi. 11 oktyabr 1992-ci ildə İdris Yusifovun ailəsində əkiz oğlan uşaqları doğulur. Birinə Özal, digərinə Tural adı verilir. Özal orta məktəbi, hərbi xidmətini bitirdikdən sonra yenidən hərbiyə qayıtmağa qərar verir. O, MAXE olaraq 3 il ordu sıralarında xidmət edir. Vətən müharibəsi başlayan gündən isə Suqovuşan-Talış istiqamətindən ağır döyüşlərə girir. Doğmaları Özalla sonuncudəfə 30 sentyabrda danışa bilirlər. Həmin gündən sonra Özal Yusiflidən xəbər tutmaq mümkün olmur. 

 

Döyüşdə qazandıqları qələbələr onları sevindiridi. Özal Yusifli hərbçi yoldaşları ilə birgə düşmənin 2 postunu, canlı qüvvəsini məhv edib Qaranlıq meşə deyilən ərazidə 3-cü postu azad edərkən oktyabrın 1-i şəhidlik zirvəsinə ucalır. Ailəli olan Özaldan bir qız övladı yadigar qalıb.

 

Gənc yaşında ən uca zirvəyə yüksələn Özal Yusifli ölkə başçısının sərəncamı ilə 3, Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad edililməsinə görə”  medalları ilə təltif edilib. Bu gün doğmları onun ad gününü onsuz qeyd etsələrdə Özalla fəxr edirlər.

 

Şəhidin övladı Sahibə də atasını ürəyində yaşadır.