• 17:56

Biləsuvarda pambıq yığımına başlanılıb

11 Oktyabr 2021, 14:38

Pambığın  maşınla yığımına start verilib. Bununla əlaqədar olaraq"Aqroservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yığım öncəsi tam hazırlıq işləri aparılıb. Mövcud kombaynlara texniki baxış keçirilməklə cps quraşdırılıb, həmçinin nasaz vəziyyətdə olan texnikaların təmiri prossesi aparılıb. 

 

Eyni zamnda yığılan məhsulun operativ şəkildə qəbul məntəqələrinə çatdırılması üçün "Aqroservis" Səhmdar Cəmiyyəti tərəfindən zəruri sayda traktor və qoşqu vasitələri cəlb edilib. Ümumilikdə 1364 traktor, 2860 traktor  qoşqusu  pambıq daşınmasına cəlb edilib.  Ötən illə müqayisədə əlavə olaraq 76 traktor  məhsul daşınmasında iştirak edir.Hava şəraitindən asılı olaraq pambığın itkisiz və operativ şəkildə-vaxtında  yığımının təşkil edilməsi və məntəqələrə təhvil verilməsi nəzərdə tutulub.Bu günədək 18 min 211 hk sahədə pambıq yığımı aparılıb.

 

Taxıl biçimində olduğu kimi pambıq yığımında da kombaynlar tərtib edilmiş dislokasiyaya uyğun olaraq yığımı həyata keçirirlər. Pambıq yığımına cəlb edilən texnikanın üzləşdiyi texniki problemlərin dərhal həll üçün  şirkətlər tərəfindən təmir briqadaları yaradılıb. Bu briqadalar mütəmadi olaraq texnikalara baxış keçirir, təlimata uyğun istismara nəzarət edir.