• 07:21

20 yaşı tamam olan qəhrəman şəhid Rəşad Zeyniyev

13 Sentyabr 2021, 17:00

44 günlük Vətən müharibəsində xalqımızın igid övladları tarix yazdılar. Onlardan da biri şəhid Rəşad Ələkbər oğlu Zeyniyevin  bu gün 20 yaşı tamam olur. 

 

Onun ömrü 20 yaşında vətən üçün əbədi olaraq dayandı. Minlərlə belə vətən oğlu Ana vətənimiz öz ərazi bütövlüyünə qovuşsun deyə şəhidlik zirvəsinə yüksəldilər.  Şəhid Rəşad Zeyniyev  2001 -ci ilin  13 sentyabr tarixində Cəlilabad rayonunda  anadan olub. Rayonun Petrofka kəndinin 5 saylı tam orta məktəbinda təhsil alıb. Rəşad Cəlilabad Dövlət Peşə Təhsili  Mərkəzinin  məzunudur. O, 8 il güləş idman növü ilə məşğul olub. 2019-cu ilin oktyabr ayında isə Cəlilabad rayon hərbi komissarlığından hərbi xidmətə yollanıb. 28 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində iştirak edib. Füzuli rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. 8 noyabr tarixində, Şuşa istiqamətində döyüş zamanı, 2 metrliyində partlayan mərmi Rəşadın həyatına son qoyub. 

 

Rəşad hələ orta məktəb illərində öz yaşıdları arasında zəkası, səlis nitqi, sosial aktivliyi və ən əsası isə vətənpərvərliyi ilə seçilib. Şəhid bir sıra idman növləri ilə də məşğul olurmuş.Rəşad Zeyniyev   xidmətdə də, təhsil illərində də sakitliyi və mehribanlığı ilə hörmət qazanıb. Şəhidin yaxınları onunla bağlı xatirələrindən danışıblar. 

 

Şəhidin yaşadığı evdə onun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib. Anım mərasimində Rayon İcra Hakimiyyətinin rəsmiləri, Vətən Müharibəsi şəhidlərinin valideynləri, ziyalılar, müəllimlər, şəhidin döyüş yoldaşları və yerli sakinlər iştirak ediblər. K

 

 

İndi Cəlilabad camaatı Rəşadın keçdiyi şərəfli ömür yoluna əsl qəhrəmanlıq məktəbi kimi baxırlar. Onunla qürur duyur, belə bir ömür yaşamağı müqəddəslik sayırlar. Rəşad Zeyniyev  torpaqlarımızın azadlığı uğrunda göstərdiyi  rəşadətə görə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”,”Cəsur döyüşçü ”Şuşanın , Xocəvəndin, azad olunmasına görə medallarına layiq görülüb. Qəhrəman  Vətən oğlu cənnətdəki ilk ad günün mübarək olsun!