• 07:44

Ağstafada şəhid Elnur Həsənovun xatirəsinə turnir keçirilib

13 Sentyabr 2021, 16:38

2-ci Qarabağ müharibəsi şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə Ağstafada şəhid Elnur Həsənovun xatirəsinə karate-do idman növü üzrə respublika turniri keçirilib. İdmançılar və fəxri qonaqlar əvvəlcə Ağstafa şəhidlər xiyabanına gələrək şəhidlərimizin məzarı önünə tər çiçəklər düzüb, onların xatirəsini bir dəqiqəlik sükutla yad edərək,  ruhlarına dualar oxuyublar. Şəhid Elnur Həsənovun məzarı önündə çıxış edən  Əfqanıstan veteranları ictimai  birliyinin Ağstafa şöbəsinin rəhbəri Mirzahid  Hacıyev bu cür tədbirlərin təşkilini şəhidlərimizin heç zaman unudulmaması və həmçinin  gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük əhmiyyəti olduğunu diqqətə çatdırıb.

 

Sonra turnirə Azərbaycan dövlət himnin səslənməsi və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə start verilib. Turnirdə Abşeron rayonu və Sumqayıt şəhəri də olmaqla ölkəmizin 6 şəhər və rayonundan 120 yeniyetmə və gənc  idmançılar iştirak edib. Bu barədə televiziyamıza Ağstafa gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev məlumat verib.

 

Qeyd edək ki, sonda turnirin qalibləri Ağstafa Gənclər və idman idarəsinin tərtib etdiyi fəxri-fərmanları və meddaları ilə mükafatlandırılıblar.