• 06:57

Xaçmazda bu il şaftalı bağlarından bol məhsul əldə edilib

09 Sentyabr 2021, 15:38

Azərbaycanda meyvəçiliyin inkişafı iqtisadi sahədə həyata keçirilən tədbirlərin ön sıralarında yer alır. Ölkədə aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramları bazarın tələbinə uyğun məhsul istehsalının artırılması və əhalinin mühüm ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün elmi-iqtisadi əsaslar yaradır. Xaçmaz rayonunda da son illər ərzində meyvəçilik sahəsinin inkişafında müsbət nəticələr əldə edilib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Nərəcan kəndi ərazisindəki şaftalı bağlarında məhsul yığımı ilə tanış olub və kənd sakinləri ilə görüşüb.

Bildirilib ki,hər il Xaçmaz rayonunda 100 hektarlarla yeni şaftalı bağları salınır. Qeyd edilib ki, hazırda Xaçmaz rayonu ərazisində ümumilikdə 2840 hektar şaftalı bağı var. Həmin bağlardan 741 hektarı müasir suvarma suyu ilə təmin olunan intensiv bağlardır. Hər il bu bağlarda orta məhsuldarlıq 30 sentnerə yaxın olur. Yığılan məhsullar əsasən yerli və Rusiya bazarlarında satılır. Bağ sahibləri də şaftalının məhsuldarlığından və satış qiymətindən razılıqlarını ifadə ediblər.

 

Sakinlər əkin sahələrinin su ilə təminatında çətinliklərinin olduğunu və bunund məhsuldarlığa təsirsiz ötüşmədiyini vurğulayıblar.

 

 

Elnur Rzayev 6 suvarma gölünün bərpası və həmin göllərdə xüsusi nasos stansiyalarının qurulması istiqamətində iş aparıldığı qeyd olunub.