• 07:02

Şəhid anası: “Mən həmişə deyirəm ki, oğlum yanımdadır”

08 Sentyabr 2021, 16:59

Digər vətən oğulları kimi o da qatılmışdı 44 günlük zəfər döyüşünə. Doğum günündən cəmi 19 gün sonra... 22 illik ömrünün qalan hissənini vətənə həsr edəcəyinə and içmişdi və etdi də. Söhbət 44 günlük Vətən müharibəsinin Bərdə qəhrəmanlarından olan Şahmuraz Hümbətzadədən gedir. Bu gün onun cənnətdəki ilk doğum günüdür. 

 

Tək nigarançılığı ailəsindən, ata-anasından idi. Gedəndə də, döyüşdə olanda da onlardan nigaranıydı. Nə vaxt zəng edir, nə vaxt danışırdısa, onları arxayın etməyə çalışırdı. 

 

Şahmuraz Hümbətzadə 1998-ci il sentyabrın 8-də Bərdə rayonunun Cəyirli kəndində dünyaya göz açmışdı. Azərbaycan Ordusunun əsgəri olan Şahmuraz Hümbətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə savaşa qatılmışdı. Muharibə yolu isə əmisi oğlu ilə bir ünvandan başlamışdı. 

 

 Amma öz ailəsini arxayın etsə də Şahmuraz Hümbətzadə oktyabrın 23-də şəhid olur. Atası ilə danışığından cəmi bir gün sonra... 

 

Doğulduğu Bərdə rayonunda dəfn olunub, şəhidimiz...Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Şahmuraz Hümbətzadə ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına” görə medallar ilə təltif edilib. Ruhun şad olsun, qəbrin nurla dolsun, həmişəyaşar, həmişəcavan Vətən oğlu...Bu gün yerin cənnətdir, ruhun şaddır. Çünki uğrunda canını fəda etdiyin vətən torpağın azaddır. Atan da, anan da səninlə fəxr edir bu gün. Özün arzuladığın kimidir hər şey... Amma bu qoca atanın səndən bir ricası var... 

 

Dünyasını dəyişən digər şəxslərdən fərqli olaraq, bütün şəhidlər görür ata-anasını, doğmalarını... Onlar dönüb baxmasalar da, danışmasalar da hər zaman yaşayırlar. Ürəklərdə, fikirlərdə, düşüncələrdə və ruhlarda...Ona görə ruhlarda ki, bu gün bədənlərdə yaşayan bütün ruhlar şəhidlərə minnətdardır