• 06:45

Toxum sərgi satış yarmarkası davam edir

08 Sentyabr 2021, 14:37

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Respublika toxum sərgi-satış yarmarkası artıq günlərdir ki, öz işini bölgələrdə həyata keçirir.

 

Sərgidə müxtəlif bölgələrimizdən olan təsərrüfat sahiblərinin ərsəyə gətirdiyi toxum sortları nümayiş edilir və onların əhəmiyyəti barədə fermerlərə məlumat verilir. Sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsndə bu cür yarmarkanın əhəmiyyəti olduqca yüksəkdir. Yarmarkada Kənd Təsərrüfatı naziri İnam Kərimov da iştirak edib, nümayiş etdirilən toxum növlərinə baxış keçirib. 

 

Qeyd edək ki, yarmarkanın ümumilikdə ölkənin 6 bölgəsində təşkil olunacağı nəzərdə tutulub. Saatlı artıq sərgi təşkil edilən 4-cü bölgədir. Yarmarka sentyabrın 10-u Cəlilabadda, 13-ü isə Xaçmazda baş tutacaq. Müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.