• 07:38

Pambıqçılıqda yerli sortların rolu

08 Sentyabr 2021, 11:35

Salyanda Pambıqçılığın inkişafında müsbət nəticəli tədqiqatların və rayonlaşmış yerli pambıq sortlarının rolu mövzusunda fermerlərlə geniş söhbət aparılıb. Onları narahat edən məsələlər yerindəcə araşdırılıb, mütəxəssislər öz tövhələrini fermerlərlə bölüşüb. BİTKİ  MÜHAFİZƏ  VƏ  TEXNİKİ  BİTKİLƏR  ELMİ  TƏDQİQAT  İNSTİTUTUNUN  şöbə müdiri Ələddin Tağıyev əkinçilikdə yerli sortlardan istifadənin üstünlüklərindən bəhs edib. Bildirilib ki, xarici ölkələrdən gətirilən pambıq növləri ilə müqayisədə yerli istehsalımız olan sortlar arasında bir sıra fərqlər özünü göstərir. Bu fərqlər ən çox məhsuldarlığın yüksəkliyində və tez ərsəyə gəlməsində müşahidə edilir.

 

Mütəxəssislər bildirirlər ki, yerli sortların əkinində bütün prosedurlara, aqrotexniki qulluq qaydalarına lazımi qaydada əməl edilməlidir. Cərgəarası becərmələr 60 sm, əkinlərdə isə 40-45 sm enində aparılmalı, kultivatorun kənar işçi orqanları 6-8 sm, orta işçi orqanları isə 12-14 sm dərinlikdə quraşdırılmalıdır. Rayonda yerləşən sortsınaq məntəqəsində nümunə üçün əkilən 10 sot əraziyə də baxış keçirilib. Pambıq sortları təhlil olunduqdan  sonra ekspert komissiyasına təqdim ediləcək.