• 06:01

Cənnətdəki ilk doğum günün mübarək, şəhidim!

28 Iyul 2021, 16:50

Ömrünün cəmi  26 baharını yaşamış şəhid çavuş Mirsəfa Mirbaba oğlu Mirəşrəfbəylinin iyulun 27-də doğum günü idi. 1994-cü ildə Cəlilabad rayon Badamağacı kəndində anadan olmuş Mirsəfanın  növbəti bahar doğumlu günü yaxınları, kənd əhalisi və ictimayyət nümayəndələrinin iştirakı ilə xatirə günü olaraq qeyd edildi. Şəhid kənd qəbrstanlığındakı məzarı önündə anıldı. Cəlilabad İcra Hakimiyyəti adından dövlət diqqəti olaraq əkilil qoyulmaqla ruhuna dualar oxundu. 

 

Mirsəfa Mirəşrəfbəyli 2016-2020-ci illərdə Daxili Qoşunların "Pələng" Xüsusi Təyinatlı Dəstəsində, 2020-ci ildən isə "Şahin" Xüsusi Təyinatlı Dəstəsində xidmət edirdi. Vətənin Kəlbəcərini, Fizulisini döyüşərək  öz qanı hesabına azad etməklə  Vətəni bütövləşdirən minlərlə şəhidlərimizdən oldu.

 

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Mirsəfa  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı ilk olaraq Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elə ağır Fizuli döyüşlərində oktyabrin 11-də  şəhidlik zirvəsinə ucalıb.

 

Müharibənin ilk günlərindən ön cəbhədə olan Mirsəfa  işğalçıların Vətənimizdən qovulmasında qəhrəmancasına iştirak edib.  Göstərdiyi qəhrəmanlıqlar dövlətimiz adına yüksək səviyyədə qiymətləndirilib. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə .  "Vətən uğrunda" medalı, Fizulinin, Xocavəndin, Kəlbəcərin, Cəbrayılın azad edilməsinə görə medlları , o cümlədən   Azərbaycan bayrağı ordeni ilə təltif edilib.

 

Doğulduğu evdə qoyub getdiyi xatirələri ailə üzvlərinin dilindən səsləndikcə  indi ondan qalan ən əziz yadigar kimi  hərbi fotoları, hərbi geyimi bir gənc vətən oğlunun həyat manifiestini gələcək nəsillərə danışır. Layiq görüldüyü orden-medallar isə bizə Kəlbəcərin, Fizulinin, Cəbrayılın, necə bir qəhrəmanlıqla yağıdan alındığını tarix olaraq söyləyir. Bu tarix və bu qələbə heç vaxt silinməz. Mirsəfanın vətəni vətən edən şəhid qanı da hər zaman o torpaqlarda bir iz kimi düşmənə göz dağı kimi əbədi qalacaqdır. Şəhidliyin qədər doğum günün də bizim üçün unudulmazdır.