Mahir Emrelinin ikinci testi neqativ çıxıb

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin ikinci koronavirus testi neqativ çıxıb...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2021, 13:54

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin ikinci koronavirus testi neqativ çıxıb.

 

İnterAz xəbər verir ki, bu barədə 24 yaşlı hücumçunun çıxış etdiyi Polşanın "Legiya" klubunun mətbuat xidmətinin rəhbəri İzabela Kruq tvitterdə məlumat yayıb.

 

Onun sözlərinə görə, Varşava təmsilçisinin tibbi personalı Emrelinin təkrar test nəticəsinin mənfi olduğu qənaətinə gəlib: "Oyunçuya peyvənd vurulub, simptomları yoxdur. Biz situasiya ilə bağlı əlavə məlumat verəcəyik".

 

Qeyd edək ki, Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələ oyununda Serbiyanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

sss