Mahir Emreli koronavirusa yoluxduğu üçün Serbiya ilə oyunu buraxacaq

...bununla bağlı AFFA məlumat yayıb

Bakı , Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2021, 09:51

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib.

 

İnterAz xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.

 

UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya - Azərbaycan oyununda iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, Serbiya - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə 22:45-də start götürəcək.

sss