Nəriman Abbasov Həbib Nurməhəmmədova məxsus klubun rəhbəri ilə döyüşəcək

...Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov yüngül çəkidə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşacaq

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Sentyabr 2021, 10:36

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov yüngül çəkidə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin (Eagle Fighting Championship) prezidenti Şamil Zavurovla qarşılaşacaq.

 

Bu barədə İnterAz-a 27 yaşlı idmançının şəxsi məşqçisi Şəhriyar Abbasov məlumat verib.

 

Onun sözlərinə görə, görüş sentyabrın 17-də Rusiyanın paytaxtı Moskvada Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində keçiriləcək. Ş.Abbasov bildirib ki, bu, Zavurovun vida görüşü olacaq: "Şamil Zavurov Həbib Nurməhəmmədovun yeznəsidir. Nurməhəmmədov Zavurova rəqib kimi azərbaycanlı idmançı Nəriman Abbasovu təklif edib".

 

Qeyd edək ki, Şamil Zavurov MMA-da indiyədək 46 döyüş keçirib və bunlardan 40-da qalib gəlib. Nəriman Abbasov isə 11 döyüşdür uduzmur. O, hazırda yüngül çəkidə Rusiyanın “AMC Fight Nights” təşkilatına məxsus kəmərin sahibidir. Abbasov bu kəməri iki dəfə uğurla müdafiə edib.

sss