Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

... görüş sentyabrın 16-da Herninq şəhərində oynanılacaq

Баку, Səidə Mustafa, İnteraz - 13 Sentyabr 2021, 15:02

FİFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.

 

İnterAz xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsində “Midtüllan” (Danimarka) – “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasını idarə edəcək.

 

Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

 

Oyunun VAR hakimləri rusiyalı Vitali Meşkov və Sergey İvanovdur.

 

Qeyd edək ki, görüş sentyabrın 16-da Herninq şəhərində oynanılacaq.

sss