Futbolçu yerkökü yeyərkən çənəsi sınıb

...Niderlandın “Herenven” klubunun futbolçusu Rami Kaibin başına kuryoz hadisə gəlib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 13 Sentyabr 2021, 12:00

Niderlandın “Herenven” klubunun futbolçusu Rami Kaibin başına kuryoz hadisə gəlib.



İnterAz-ın məlumatına görə, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb.



Məlumatı klub da təsdiqləyib. Bildirilib ki, Kaib bir müddət əvvəl çənəsindən zədə alsa da, oynamağa davam edib. Yediyi yerkökü də bərk olduğundan, oyunçunun zədəli çənəsi qırılıb. Bu səbəbdən 24 yaşlı sol cinah oyunçusu bir müddət komandasına kömək edə bilməyəcək.



Qeyd edək ki, Rami Kaib bu mövsüm ölkə çempionatında 2 matçda iştirak edib.

sss