Tokio-2020: Azərbaycan boksçusu 1/4 finala yüksəlib

Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk döyüşünə çıxıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 28 Iyul 2021, 16:00

Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk döyüşünə çıxıb.

 

İnterAz-ıın məlumatına görə, bu gün 26 yaşı tamam olan Avropa Oyunlarının qalibi ad gününə qələbə hədiyyə edib.

 

O, 1/8 finalda Dilşotbek Ruzmetovu (Özbəkistan) mübarizədən kənarlaşdırıb. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan Dominqes 4:1 hesabı ilə qalib gəlib.

 

Alfonso 1/4 finalda türkiyəli Bayram Malkanla üz-üzə gələcək. Döyüş iyulun 30-da baş tutacaq.

sss