Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı növbəti dəfə xəbərdarlıq edilib

...Sentyabrın 22-si axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir

Bakı , Gülnarә Quliyeva, İnteraz - 22 Sentyabr 2021, 09:10

Sentyabrın 22-si axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan İnterAz-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel kecəcəyi ehtimalı var.

 

Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.

sss