"Yeni Klinika": Yaqub Zurufçunun vəziyyəti çox kritikdir

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2021, 16:27

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

 

"Yeni Klinika” İnterAz-a bildirib ki, Yaqub Zurufçunun vəziyyəti çox kirtikdir.

 

"Təzyiqi aşağı düşüb. Təzyiqi yüksəltmək üçün bütün mümkün vasitələrdən istifadə olunur. Vəziyyəti ağır qiymətləndirilir", -xəstəxanadan bildirilib.

 

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub.

sss